AFFA Qarabağ Dirçəliş Fonduna 15 min manat ödədi

AFFA Qarabağ Dirçəliş Fonduna 15 min manat ödədi
Futbol
30 Dekabr 2021 - 18:42
Xəbər verdiyimiz kimi, bu il sentyabrın 13-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Qarabağ Dirçəliş Fondu (QDF) arasında imzalanmış "Anlaşma Memorandumu"na əsasən 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının memorandumun imzalandığı tarixdən sonra keçirilən bütün ev oyunlarında bilet satışı zamanı əldə olunan gəlirin 10 faizini QDF-ə ianə etməsi razılaşdırılmışdı. Bununla əlaqədar, 15,300 (on beş min üç yüz) AZN məbləğində maliyyə vəsaiti AFFA tərəfindən QDF-in bank hesabına köçürülüb.

Digər xəbərlər