"Qarabağ"ın qış hazırlıq planı

"Qarabağ"ın qış hazırlıq planı
Futbol
28 Dekabr 2021 - 10:03


Supersport.Az-ın məlumatına görə, "Qarabağ" yanvarın 5-i Bakıda məşqləri bərpa edəcək. Hazırlığın 2-ci mərhələsi Türkiyənin Antalya şəhərində baş tutacaq. Ayın 12-də qardaş ölkəyə yollanacaq Azərbaycan klubu "Gloria Sports Arena"da məskunlaşacaq.




"Qarabağ" FK yanvarın 14-ü "Qaz Metan" (Rumıniya), yanvarın 21-i "Şlyonsk Vroçlav" (Polşa), yanvarın 25-i isə "Visla Krakov" (Polşa) klubları ilə qarşılaşacaq.




Yanvarın 21-i və 25-i daha iki oyun nəzərdə tutulub. "Qarabağ" səhər saatlarında Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə üz-üzə gələcək.




Ağdam klubunun Antalya toplanışı yanvarın 26-da başa çatacaq.



Məlumatı "Qarabağ"ın mətbuat xidməti yayıb.

Digər xəbərlər