"Qarabağ"ın "Bazel"ə vurduğu qol dinamikanı dəyişə bilərdi" - "Olimpik"in prezidenti

"Qarabağ"ın "Bazel"ə vurduğu qol dinamikanı dəyişə bilərdi" - "Olimpik"in prezidenti
Futbol
14 Dekabr 2021 - 13:00
Marsel "Olimpik"inin prezidenti Pablo Lonqoriya Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olmalarına münasibət bildirib.


Supersport.Az xəbər verir ki, Fransa təmsilçisinin rəhbəri, klubun rəsmi saytına açıqlamasında deyib:


"Qarabağ" avrokubok yarışlarında təcrübəsi olan klubdur. Çünki bu komanda son illər avrokubokların daimi iştirakçısıdır. Avrokubok matçları həmişə detallar üzrə oynanılır. Maraqlı oyun olacaq.

 

"Qarabağ" keçmiş sovet respublikalarında tətbiq olunan qış fasiləsi ilə əlaqədar fevralın 7-də mübarizəni bərpa edəcək. Onlar bu mövsüm Konfrans Liqasında yaxşı çıxış ediblər. "Bazel"ə 0:3 hesabıyla uduzduqları son matçı, eyni zamanda mübahisəli sayılmayan qolu da gördük. Hansı ki, həmin qol bu matçda dinamikanı dəyişə bilərdi. Avropanın bəzi komandalarının Bakıda məğlub olduğunu da xatırlayıram.

 

Konfrans Liqası çətin və maraqlı turnirdir. Bu, həm də bizim üçün bir titul qazanmaq şansıdır. "Olimpik" olaraq oynadığımız bütün yarışlarda mümkün qədər yüksəklərə qalxmaq istəyirik".

Digər xəbərlər