"İlham Əliyev "Qarabağ"dan "İmarət" stadionuyla bağlı kömək istədi" - Video

"İlham Əliyev "Qarabağ"dan "İmarət" stadionuyla bağlı kömək istədi" - Video
Futbol, Video
14 Dekabr 2021 - 10:57
Supersport.Az "Qarabağ"ın prezidenti Tahir Gözəlin ölkə rəhbəri İlham Əliyevlə görüş haqda açıqlamasını təqdim edir.

Ağdam təmsilçisinin başçısı bildirib ki, dövlətin prezidenti klubla "İmarət" stadionu barədə danışıb.

"İlham Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, dövlət qurumlarına "İmarət" stadionunun qurulması üçün işlərin davam etdirilməsini tapşırdı" deyən T.Gözəl, fikrini belə tamamlayıb.

"Prezident, "Qarabağ"dan "İmarət" stadionuyla bağlı məsləhət, kömək istədi. Dedi ki, İnşəAllah Ağdamı bərpa edəcəyik. İlham Əliyev "Qarabağ"ın "İmarət" stadionunda oynamasını arzuladı. Biz də buna sevindik və bu istəyin reallaşması üçün məmnuniyyətlə çalışacağımızı bildirdik. Prezidentlə görüş çox yaxşı oldu, bizi olduqca ruhlandırdı".

Digər xəbərlər