Messi Peleni geridə qoydu

Messi Peleni geridə qoydu
Futbol
08 Dekabr 2021 - 15:03
Fransanın PSJ klubunun futbolçusu Lionel Messi karyerası ərzində vurduğu qolların sayını 758-ə çatdırıb.

Supersport.Az xəbər verir ki, argentinalı hücumçu buna Belçika "Brügge"sinə 4:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununda dubl etməklə nail olub.

34 yaşlı forvard qol sayına görə Braziliya millisinin sabiq futbolçusu Peleni geridə qoyub. Əfsanəvi oyunçunun aktivində 757 qol var.

Qeyd edək ki, Lionel Messi "Brügge" ilə matçın 38-ci və 76-cı dəqiqələrində fərqlənib.

Digər xəbərlər