Qəbələdə bəzəksiz oyun

Qəbələdə bəzəksiz oyun
Futbol
29 Noyabr 2021 - 18:49
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tur başa çatıb.

Supersport.Az xəbər verir ki, turun son oyunu Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında olub. Qarşılaşmada qol vurulmayıb.

İki komanda indiyədək ölkə çempionatında 51 dəfə üz-üzə gəlmişdi. Bunların 10-da "qırmızı-qaralar", 27-də "köhlən atlar" qələbə qazanıb. 14 qarşılaşma heç-heçə ilə başa çatmışdı. Topların nisbəti də Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin xeyrinə idi - 78:42.

"Qarabağ" 14 oyun rəqibinə uduzmayıb.

"Qəbələ" son 4 oyunda xal qazana bilməyib.

Azərbaycan Premyer Liqası

XII tur

29 noyabr (bazar ertəsi)

16:00. “Qəbələ” – “Qarabağ” 0-0

Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüqar Bayramov, Namiq Bəkirov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Qəbələ şəhər stadionu.

Turun ilk oyun günündə "Sabah" evdə "Keşlə"yə 2:1, "Neftçi" isə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib. Ötən gün keçirilən görüşdə isə "Zirə" səfərdə "Sumqayıt"a 3 qol vurub.











  • Premyer Liqa































































































NKlublarOQHMT-FX
1Qarabağ1283123-727
2Zirə1264221-1222
3Qəbələ1264220-1222
4Neftçi1262420-1820
5Sabah1242616-1814
6Sumqayıt123278-1711
7Keşlə1231812-2110
8Səbail123099-249






Bombardirlər:

Davit Volkov ("Zirə") - 9 qol
Filip Ozobiç ("Qarabağ") - 6 qol
Coy-Lens Mikels ("Sabah") - 5 qol
Ülvi İsgəndərov ("Qəbələ") - 5 qol


Digər xəbərlər