“H” qrupunda ötən tur pley-offa vəsiqəni təmin edən Azərbaycan klubu Kipr təmsilçisi ilə Bakıda üz-üzə gəlib. Qurban Qurbanovun komandası Respublika stadionunda növbəti qələbəsini qazanmağa çalışsa da, istəyi alınmayıb. Oyun 2:2 hesabıyla başa çatıb.
Qrupun digər matçında “Bazel” komandası səfərdə “Kayrat”ın qonağı olub. İsveçrə təmsilçisi Qazaxıstanda xal itirsə, “Qarabağ” qalib gəlsə, Azərbaycan komandası son turun nəticəsindən asılı olmayaraq, qrup lideri olaraq 1/8 finala vəsiqəni təmin edəcəkdi. Lakin “Kayrat” “Bazel”ə 2:3 hesablı məğlub olub.
Avropa Konfrans Liqası
H qrupu. 5-ci tur.
25 noyabr
19:30. “Kayrat” (Qazaxıstan) – “Bazel” (İsveçrə) 2:3
21:45. “Qarabağ” (Azərbaycan) – “Omoniya” (Kipr) 2:2
Qollar: Mixail Duriş, 43 penalti (0:1), Psaltis, 49-avtoqol (1:1)
Baş hakim: Morten Krox (Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu