AFFA "Keşlə"ni "Şamaxı"ya çevirdi

AFFA "Keşlə"ni "Şamaxı"ya çevirdi
Futbol
10 Noyabr 2021 - 11:49


Şamaxı şəhər stadionunun istismarı ilə əlaqədar AFFA və “Keşlə” klubu arasında müzakirə aparılıb.

Supersport.Az AFFA-nın saytına istinadən xəbər verir ki, bölgələrdə futbolun inkişafına dəstək, stadionun səmərəli və müntəzəm şəkildə istismarı, azarkeş marağının artırılması məqsədilə “Keşlə” klubuna “Şamaxı” adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub. Bununla əlaqədar “Keşlə” klubunun Müşahidə Şurasının iclası keçirilib və AFFA-nın təklifi müzakirə olunaraq müsbət dəyərləndirilib.

Məsələ ilə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə “Keşlə” adının dəyişdirilərək “Şamaxı” klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb.

“Şamaxı”nın “Keşlə” klubunun hüquqi varisi hesab olunması üçün AFFA və “Keşlə” tərəfindən müvafiq qaydada UEFA-ya müraciət olunacaq və yalnız bu məsələ müsbət həllini tapdıqdan sonra müvafiq dəyişikliklər həyata keçiriləcək.

“Keşlə”nin aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.

2200 nəfər azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın və AFFA-nın maliyyə dəstəyi ilə inşa edilib və UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq.

UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, A milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər.

Digər xəbərlər