"Qarabağ" "Qalatasaray"ı da keçdi

"Qarabağ" "Qalatasaray"ı da keçdi
Futbol
09 Noyabr 2021 - 09:51
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Avropa yarışında yeganə təmsilçimiz "Qarabağ" "Kayrat"ı növbəti dəfə məğlub etməsinin ardından UEFA reytinqində yüksəlişini davam etdirib.

Azərbaycan təmsilçisi Konfrans Liqasının 4-cü turunda qələbəsiylə aktivini 23.000-a çatdırmaqla 5 pillə irəliləyib. "Qarabağ", "Feyenoord", "Qalatasaray"la eyni xala malikdir. Lakin indiki mövsümdə daha xal toplamaq nəzərə alındığından Niderland klubu 57-ci, Azərbaycan təmsilçisi 58-ci, "Qalatasaray" 59-cudur. "Qarabağ"ın rəqibi "Bazel" 49.000 xalla 26-cıdır.

Ağdam komandası Almaniyanın "Hoffenhaym", "Volfsburq", Təl-Əviv "Makkabi"sini, "Alkmaar", "Partizan", "Malmö", "Real Sosyedad", "Şerif", "Lill", "Ludoqorets", "Borussiya" (Münxenqladbax), Moskva "Spartak"ı, "Astana", AEK, "Molde", "Vest Hem", "Lester", "Vulverhempton", "Barnli", "Everton", "Apoel", "Monako", "Şalke", "Espanyol", "Atletik", "Rusenborq", "Rapid", "Torino", "Fənərbağça", "Herta", "Köln", "Legiya", "Ferentsvaroş", "Anderlext" və başqa klubları geridə qoyub.

Siyahıda ümumilikdə 433 klub var ki, ilk "üçlük"də "Bayern" (124.000), "Mançester Siti" (117.000) və "Liverpul" (113.000) yer alıb.

Hazırkı mövsümdə xal toplayan 261 komandanın reytinqində "Qarabağ" 7.000 xalla 27-ci, "Qalatasaray" (6.000) 38-ci, "Bazel" (6.000) 41-cidir.

 

Digər xəbərlər