350-ci qələbə

350-ci qələbə
Futbol
01 Noyabr 2021 - 11:25
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov karyerasında 350-ci qələbəyə sevinib.

Supersport. Az xəbər verir ki,  premyer liqanın IX turunun “Neftçi” ilə matçına təsadüf edib. 49 yaşlı mütəxəssisin yetirmələri 4:0 hesabı ilə qalib gəlib.
Baş məşqçi karyerasına “Neftçi”də başlayan Qurbanov ilk qələbəsini bu komanda ilə əldə edib. 2006-cı il avqustun 6-da onun komandası “Gənclərbirliyi” ilə çempionatdakı ev görüşündə 6:1 hesablı qələbəyə sevinib. Qurbanov 15 illik baş məşqçi karyerasında üç komandanı çalışdırıb. O, “Neftçi” ilə 25, “Qarabağ”la 321, Azərbaycan milli komandası ilə 4 qələbənin sevincini yaşayıb.

Digər xəbərlər