Mahir Emreli "Napoli"yə qol vurdu - Video

Mahir Emreli "Napoli"yə qol vurdu - Video
Futbol, Video
05 Noyabr 2021 - 00:22
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilir.


Supersport.Az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin komandası “Legiya” da bu turnirdə növbəti matçına çıxıb.


Polşa təmsilçisi doğma meydanda İtaliyanın "Napoli"si ilə qarşılaşıb. Ötən tur bu rəqibinə səfərdə 0:3 hesabıyla uduzan Varşava klubu, doğma meydanda da 1:4-lik məğlubiyyətə üzülüb.


Mahir start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da məhz azərbaycanlı hücumçu vurub. Mahir 10-cu dəqiqədə Filip Mladenoviçin ötürməsini dəqiq zərbəylə tamamlayıb. "Legiya" ilk hissəni 1:0 öndə bitirsə də, fasilədən sonra "Napoli"nin təzyiqlərinə tab gətirə bilməyib.


"Legiya" 4 turdan sonra yer aldığı C qrupunda 6 xalla ikincidir. "Napoli" isə 7 xalla ilk pillədə qərarlaşıb.


Digər xəbərlər