Mahir Emreli "Legiya"dan kənarlaşdırılan məşqçidən yazdı - Foto

Mahir Emreli "Legiya"dan kənarlaşdırılan məşqçidən yazdı - Foto
Futbol, Foto
26 Oktyabr 2021 - 20:26
Polşanın "Legiya" klubu baş məşqçi Çeslav Mixneviçlə yollarını ayırıb.


Supersport.Az xəbər verir ki, bu barədə Varşava təmsilçisinin rəsmi saytı məlumat yayıb.


51 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.


Ötən mövsüm çempion olan "Legiya" cari mövsümdə xüsusilə Polşa çempionatında bərbad çıxışı ilə diqqət mərkəzindədir. Komanda son dörd oyunundan məğlubiyyətlə ayrılıb.


12 turdan sonra 9 xalı olan "Legiya"18 komanda arasında 15-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.


Artıq "Legiya"nın yeni baş məşqçisi də məlumdur. Klubun rəsmi saytının yaydığı məlumata görə, rəhbərlik bu postu əvəzedici komandanı çalışdıran Marek Qolembevskiyə tapşırıb. O, bu mövsümün əvvəlindən klubun ikinci komandasını çalışdırırdı.


Milli komandamızın hücumçusu Mahir Emreli polşalı məşqçi haqda şəxsi instaqram hesabında vidalaşıb.



Varşava klubunun hücumçusu Mixneviç barədə bunları yazıb:


"Was a pleasure to work with u coach!"(Səninlə işləmək xoş idi).



Xatırladaq ki, Emreli Mixneviçin vaxtında "Legiya"ya keçmişdi.

Digər xəbərlər