Kurban Berdıyev: "Qarabağ" layiqli qələbə qazandı" - Video

Kurban Berdıyev: "Qarabağ" layiqli qələbə qazandı" - Video
Futbol, Video
22 Oktyabr 2021 - 08:21
Supersport.Az UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda "Qarabağ"a 1:2 hesabı ilə məğlub olan Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Qurban Berdıyevin mətbuat konfransını videogörüntüyə alıb.


- Matçla bağlı fikirləriniz necədir?

- İki fərqli hissə oldu. Birinci yarının nəticəsinə görə, hesabı qorumaq istədik. Amma "Qarabağ" öz oyununu göstərib nəticəni dəyişə bildi.

- Bakıda futbol havası necə idi?

- Atmosfer yaxsi idi. Azarkeşler komandalarını yaxşı dəstəklədi.

- Sizi daha çox "Rubin"dən tanıyırıq. Oynatdığınız ultramüdafiə futbolu başa düşülən idi. Bəs bu gün "Qarabağ"a qarşı oynadılan oyunu necə başa düşək?

- "Qarabağ"ın hücum xətti güclüdür. Burada səhv etmək olmazdı. İlk yarıda öhdəsindən gəldik. İkinci hissədə "Qarabağ" layiqli qələbə qazandı. İkinci hissədə daha çox səhvlər başladı. "Qarabağ" da səhvlərdən istifadə etdi. Hesabı qorumağa çalışırdıq, amma "Qarabağ" üstün oldu.

- 90 dəqiqə standart vəziyyətlər zamanı texniki zonada otururdunuz. Bu ritual idi?

- Xeyr. Standart vəziyyətlərlə məşğul olan məşqçi göstəriş verirdi.

- "Kayrat"ın qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsiniz?

- Bu oyundan sonra şansımızı daha az qiymətləndirirəm. Ancaq fürsət şanslar qalıbsa, mübarizəni davam etdirəcəyik.

 

Digər xəbərlər