Qurban Berdıyev: "Qarabağ" lider komandadır" - Video

Qurban Berdıyev: "Qarabağ" lider komandadır" - Video
Futbol, Video
21 Oktyabr 2021 - 00:01
"Qarabağ" Avropa Konfrans Liqası qrup mərhələsinin 3-cü turunda "Kayrat"la qarşılaşacaq.

Superspor.Az xəbər verir ki, qarşılaşmadan öncə baş tutan mətbuat konfransında Qazaxıstan təmsilçisinin baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb:


- Bakıya hansı nəticə üçün gəlmisiniz?

- Bakıya heç-heçə üçün gəldiyimizi deməzdim. "Qarabağ"a və bizə qələbə lazımdır.

- "Kayrat" nəyin hesabına qalib gələ bilər?

- Maraqlı oyun olacaq. Taktika və strategiya barədə mətbuat konfransında danışmamağa üstünlük verərdim.

- "Qarabağ" neçə oyundur ki, uduzmur. Bu, sizin oyunçularda təzyiq yaradır?

- Təbii ki, maraqlı oyun olacaq. "Qarabağ" illərdir Azərbaycan futbolunun lideridir. Komanda avrokuboklarda hər il oynayır.

- Kamo Hovanisyanı Bakıya gətirməmisiniz. Fikriniz necədir?

- Bu, Kamonun şəxsi qərarıdır.

- Vaqner Lav oynayacaq?

- Təəssüf ki, Vaqner "Bazel"lə oyunda zədələnib. Cəmi 2-3 məşqdə iştirak edib. Ancaq oynaması mümkündür.

Digər xəbərlər