"Qarabağ"la oyunlara görə bizi tənqid edənlər çox oldu"

"Qarabağ"la oyunlara görə bizi tənqid edənlər çox oldu"
Futbol
19 Oktyabr 2021 - 11:17
Şotlandiyanın "Aberdin" klubunun prezidenti Deyv Kormak Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunları xatırlayıb.

Supersport.Az xəbər verir ki, o, Azərbaycan təmsilçisinə məğlubiyyətə görə çox tənqid olunduqlarını söyləyib:
"Komandanın qısa müddətdə avrokubokların qrup mərhələsinə vəsiqə qazanmasını gözləmək düzgün deyil. Azərbaycan təmsilçisi ilə matçlara görə bizi qınayanlar çox oldu. Amma nəzərə almaq lazımdır ki, "Aberdin" 14 ildən sonra ilk dəfə avrokubokların pley-off mərhələsində çıxış edirdi. Heç kim komandanın 1 gecənin içində qruplara qalacağına söz verməmişdi".


Xatırladaq ki, "Qarabağ" "Aberdin"i Bakıdakı ilk oyunda 1:0, səfərdə isə 3:1 hesabıyla məğlub edib.

Digər xəbərlər