Ramin Quliyev: "Sizin sözünüzlə istefa verə bilmərəm" - Video

Ramin Quliyev: "Sizin sözünüzlə istefa verə bilmərəm" - Video
Futbol, Video
18 Oktyabr 2021 - 11:00
Supersport.Az Azərbaycan Premyer Liqasının 7-ci turunda "Qarabağ"a 1:2 hesabı ilə uduzan "Sabah"ın baş məşqçisi Ramin Quliyevin mətbuat konfransında fikirlərini videogörüntüyə alıb.


"Qarabağ"dan çox danışmağa ehtiyac yoxdur. Oyuna ciddi hazırlaşmışdıq. Baxmayaraq ki, heyətdə 4-5 futbolçu yox idi. Yenə də, komanda bu matçda yaxşı çıxış etdi. Oyunun gedişində azlıqda qalsaq da, meydanda həqiqi komanda gördüm. Ötən il də yaxşı oyunlarımız vardı. Bu gün məğlub olsaq da, komandada xarakter gördüm. Komandanın bu oyunu qürurvericidir".

O, Xulio Sezar Rodrigesin qırmızı vərəqə aldığı epizoda yenidən baxacaqlarını bildirib: "İndi nəsə demək çətindir. Birbaşa qırmızı almaq ciddi məsələdir. Onunla söhbətimiz olacaq".

Baş məşqçi matçdan sonra klub prezidenti Maqsud Adıgözəlovun komandaya təşəkkür etdiyini söyləyib. "Mükafat haqqında söhbət olmadı. Elə vəziyyətdir ki, mükafat olsa da, futbolçular onu götürməyə cəsarət edə bilməz. Futbolçuların mənliyi buna icazə verməz".

R.Quliyev 7 oyuna 1 xal qazanmaqları bağlı isə deyib: "Mən məcburam ki, hər oyundan sonra açıqlama verim. Bu 7 oyunda ən əziyyət çəkdiyim matçdan sonra bura gəlməkdir. Bəlkə də Azərbaycanda ardıcıl 7 turda məğlub olan yeganə komanda bizik. Ehtiyat skamyamıza baxsanız, hamısı gənc oyunçulardır. Petar Skuletiç ağrıkəsici iynə ilə oyuna çıxmışdı. Amma bu, bəhanə deyil. Komandanı bir araya yığa bilmirik. Dünən Dani Sebalyos adi epizodda zədələndi. Hər şey sanki bizim əleyhimizə işləyir".

Quliyev deyib ki, məğlub olan baş məşqçinin istefaya göndərilməsi ilə edilən söz-söhbət normaldır: "Mənim üçün rəhbərliyin fikri daha önəmlidir. Onların verdiyi qərar qanundur.  "Qarabağ"ın adı elə motivasiyadır. Bu oyun bəlkə də, nəyinsə başlanğıcı olacaq. Amma bunun istefa məsələsinə necə təsir edəcəyini deyə bilmərəm. Siz məsələnin içini bilmirsiniz deyə, belə danışırsınız. Sizin sözünüzlə çıxıb gedə bilmərəm. Bu, mənim üçün normal haldır. Rəhbərliklə aramızdakı söhbətlərdən xəbəriniz yoxdur. Ona görə də məni başa düşün".

Digər xəbərlər