Gənclər və idman naziri GUAM-ın baş katibi ilə nələri müzakirə etdi?

Gənclər və idman naziri GUAM-ın baş katibi ilə nələri müzakirə etdi?
Digər
15 Oktyabr 2021 - 14:55
Gənclər və idman naziri Fərid Qayıbov GUAM-ın (Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat) baş katibi Altay Əfəndiyevlə görüşüb.

Supersport.Az xəbər verir ki, görüşdə bu təşkilata üzv ölkələr arasında dövlət gənclər siyasəti və idman sahəsində əməkdaşlığın mümkünlüyü məsələləri müzakirə edilib.

Fərid Qayıbov bildirib ki, beynəlxalq müstəvidə bir-birini dəstəkləyən və həmrəyik nümayiş etdirən ölkələrin gənclər sahəsində təcrübə mübadiləsi, eləcə də birgə idman təlim-məşq toplanışlarının və digər tədbirlərin təşkili bütün tərəflər üçün faydalı olacaq.

Görüşdə GUAM-a üzv ölkələrin gənclər siyasəti və idmana məsul dövlət qurumları arasında qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Digər xəbərlər