Ronaldodan iki rekord - Video

Ronaldodan iki rekord - Video
Futbol, Video
10 Oktyabr 2021 - 14:09



Supersport.Az-ın məlumatına görə, Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Qətərlə yoldaşlıq oyununda (3:0) yeni rekordlara imza atıb.

36 yaşlı hücumçu yığmada 181-ci oyununa çıxıb. Bu, Avropada rekord göstəricidir. O, İspaniya millisinin kapitanı Serxio Ramosu qabaqlayıb.

Bu göstəricidə dünya üzrə rekord malayziyalı hücumçu Çox Çin Auna məxsusdur. O, millinin heyətində 195 oyun keçirib.

Eyni zamanda Ronaldo milli komandanın heyətində 46-cı müxtəlif yığmanın qapısına qol vurub. Bu da dünya rekordudur.





Digər xəbərlər