Türkiyə işini çətinləşdirdi - Video

Türkiyə işini çətinləşdirdi - Video
Futbol, Video
09 Oktyabr 2021 - 09:19
2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VII tura start verilib.

Supersport.Az xəbər verir ki, ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma baş tutub.

G qrupunda Türkiyə millisi Şenol Güneşin gedişindən sonra yeni baş məşqçisi Ştefan Kuntsun rəhbərliyi altında ilk oyununa çıxıb. "Ay-ulduzlular" "Şükrü Saracoğlu" stadionunda Norveçi qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matçda hər iki qol ilk hissədə vurulub. Meydan sahiblərindən Kerem Aktürkoğlu, qonaqlardan Kristian Torstvedt fərqlənib.







Bu qrupun digər matçlarında Monteneqro Cəbəllütariqi, Niderland isə Latviyanı məğlub edib.

H qrupunda Malta evdə Sloveniyaya, Kipr Xorvatiya uduzub. Rusiya isə doğma meydanda Slovakiyaya qalib gəlib.

J qrupunda da 3 oyun keçirilib. Lider Almaniya evdə Rumıniya üzərində çətin qələbə qazanıb.

DÇ-2022, seçmə mərhələ


VII tur


8 oktyabr

E qrupu

22:45. Estoniya - Belarus - 2:0

Qollar: Erik Sorqa, 58, Sergey Zenyov, 90+3

22:45. Çexiya - Uels - 2:2

Qollar: Yakub Peşek, 38, Denni Uord, 49 (avtoqol) - Aaron Remzi, 36, Deniel Ceyms, 69

Xal durumu: Belçika - 16 (6 oyuna), Çexiya - 8 (6), Uels - 8 (5), Estoniya - 4 (5), Belarus - 3 (6).

G qrupu

22:45. Cəbəllütariq - Monteneqro - 0:3

Qollar: Adam Maruşiç, 7, Fatoş Beçiray, 44 (penalti); 68

22:45. Latviya - Niderland - 0:1

Qol: Devi Klassen, 19

22:45. Türkiyə - Norveç - 1:1

Qollar: Kerem Aktürkoğlu, 6 - Kristian Torstvedt, 41

Xal durumu: Niderland - 16, Norveç - 14, Türkiyə - 12, Monteneqro - 11, Latviya - 5, Cəbəllütariq - 0.

H qrupu

22:45. Malta - Sloveniya - 0:4

Qol: Yosip İliçiç, 27; 60, Andraj Şporar, 49, Benyamin Şeşko, 67

22:45. Kipr - Xorvatiya - 0:3

Qollar: İvan Perişiç, 45+2, Yoşko Qvardiol, 80, Marko Livaya, 90+2

22:45. Rusiya - Slovakiya - 1:0

Qol: Milan Şkrinyar, 24 (avtoqol)

Xal durumu: Xorvatiya - 16, Rusiya - 16, Sloveniya - 10, Slovakiya - 9, Malta - 4, Kipr - 4.

J qrupu

22:45. Lixtenşteyn - Şimali Makedoniya - 0:4

Qollar: Darko Velkovski, 39, Ezcan Alioski, 66 (penalti), Boban Nikolov, 74, Darko Çurlinov, 83

22:45. İslandiya - Ermənistan - 1:1

Qollar: İsak-Berqmann Youhannesson, 77 - Kamo Hovhannisyan, 40

22:45. Almaniya - Rumıniya - 2:1

Qollar: Serj Qnabri, 52, Tomas Müller, 81 - Yanis Haci, 9

Xal durumu: Almaniya - 18, Şimali Makedoniya - 12, Ermənistan - 12, Rumıniya - 10, İslandiya - 5, Lixtenşteyn - 1.

Digər xəbərlər