"Qarabağ" - "Kayrat" oyunu bu stadionda olacaq

"Qarabağ" - "Kayrat" oyunu bu stadionda olacaq
Futbol
06 Oktyabr 2021 - 09:47
UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"ın Qazaxıstan "Kayrat"ına qarşı keçirəcəyi ev oyununun stadionu məlum olub.

Supersport.Az xəbər verir ki, bu barədə qitə qurumunun mətbuat xidməti məlumat yayıb.

Oktyabrın 21-ə təyin olunan qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bakıda təşkil olunacaq "Qarabağ" – "Kayrat" oyunu saat 20:45-də başlanacaq.

Qeyd edək ki, Konfrans Liqasının H qrupunda 4 xalla lider olan "Qarabağ" "Kayrat"la yanaşı, "Bazel" (İsveçrə) və "Omoniya" (Kipr) ilə mübarizə aparır.

Digər xəbərlər