UEFA "Qarabağ"ın futbolçusunun qolunu "ən yaxşı" seçdi

UEFA "Qarabağ"ın futbolçusunun qolunu "ən yaxşı" seçdi
Futbol
01 Oktyabr 2021 - 14:51
UEFA Konfrans Liqasının qrup mərhələsində II turun oyunlarından sonra həftənin ən yaxşı qolu müəyyənləşib.

Supersport.Az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Kadi Borgesin Kiprdə "Omoniya"ya vurduğu ilk qol ən yaxşı seçilib.

UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədə ən baxımlı hesab olunan həmin qol 52-ci dəqiqədə olub.

Kadi daha sonra 90+4-cü dəqiqədə də fərqlənərək, dubl edib. Onun bu nominasiyada rəqibləri Aleksandr Qlişiç (“Alaşkert”, Ermənistan), Maksimilian Vittek (“Vitess”, Niderland) və Ziqa Kous (“Mura”, Sloveniya) idi.

Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibini 4:1 hesabı ilə məğlub edib.

Digər xəbərlər