Mahir Emrelidən "Lester"i çökdürən qol - Video

Mahir Emrelidən "Lester"i çökdürən qol - Video
Futbol, Video
30 Sentyabr 2021 - 22:41
"Qarabağ"ın keçmiş, millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" Avropa Liqasında növbəti oyununu keçirib.

Supersport.Az xəbər verir ki, Varşava təmsilçisi  C qrupunun 2-ci turunda doğma meydanda İngiltərə "Lester"ini qəbul edib. 24 yaşlı hücumçu start heyətdə yer alıb. Mahir görüşün 31-ci dəqiqəsində komandasına qələbə qazandıran qolu vurub.

İlk turda Moskva "Spartak"ını 1:0 hesabı ilə məğlub edən "Legiya" hazırda C qrupunda liderdir.

30 sentyabr

20:45. "Legiya" (Polşa) - "Lester" (İngiltərə) - 1:0

Qol: Mahir Emreli, 31


​​Əsas heyətdə meydana çıxan millimizin forvardı 83-cü dəqiqədə əvəzlənib. “Legiya” qrupda ikinci görüşündə də qalib gəlməklə aktivindəki xalların sayını 6-ya çatdırıb və liderdi.






Digər xəbərlər