"Qarabağ"ın səfər proqramı

"Qarabağ"ın səfər proqramı
Futbol
28 Sentyabr 2021 - 14:23
Supersport.Az-ın məlumatına görə, Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Omoniya"nın qonağı olacaq "Qarabağ" bu gün Kiprə yollanacaq. Komanda saat 18:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Baş məşqçi Qurban Qurbanov sentyabrın 29-u yerli vaxt ilə 19:10-da (Bakı vaxtı ilə 20:10) mətbuat konfransında iştirak edəcək. Media nümayəndələri üçün açıq məşq (15 dəqiqə) isə yerli vaxt ilə 19:30-da (Bakı vaxtı ilə 20:30) matçın oynanılacağı GSP stadionunda baş tutacaq.

"Omoniya" – "Qarabağ" matçı sentyabrın 30-da GSP stadionunda Bakı vaxtı ilə 23:00-da keçiriləcək.

 

Digər xəbərlər