"Qarabağ"ın rəqibində koronavirus

"Qarabağ"ın rəqibində koronavirus
Futbol
24 Sentyabr 2021 - 17:01
"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Qazaxıstan "Kayrat"ının 2 futbolçusunda koronavirus aşkarlanıb.

Supersport.Az xəbər verir ki, Almatı təmsilçisinin yarımmüdafiəçiləri Andrey Ulşin və Arsen Burançiyevdən götürülmüş analiz nəticələri müsbət çıxıb. Qazaxıstanın U-21 yığmasının düşərgəsində infeksiyaya yoluxan hər iki oyunçu karantinə alınıb.

Onlar Karaqanda "Şaxtyor"u və "Akjayik"lə çempionat oyunlarını, həmçinin İsveçrə "Bazel"i ilə isə Konfrans Liqasının qrup matçını buraxacaqlar.

Qeyd edək ki, "Kayrat" H qrupundakı ilk görüşündə evdə Kipr "Omoniya"sı ilə qolsuz heç-heçə edib. Qurban Berdıyevin baş məşqçi olduğu komandanın "Bazel"lə görüşü sentyabrın 30-da gerçəkləşəcək. Oktyabrın 21-də isə "Kayrat" Bakıya səfər edəcək.

Digər xəbərlər