Qurban Qurbanovdan alqış: "Qarabağ""Bazel"lə oyunda daha yaxşı olacaq" - Video

Qurban Qurbanovdan alqış: "Qarabağ""Bazel"lə oyunda daha yaxşı olacaq" - Video
Futbol, Video
12 Sentyabr 2021 - 22:49



Supersport.Az Azərbaycan Premyer Liqasının 3-cü turunda "Neftçi"ni məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb.





"Çox maraqlı oyun alındı. Hər iki komandanın futbolçuları alqışa layiq idi. Oyunçularımı təbrik edirəm. Düşündüyümdən daha yaxşı oynadılar. Uzun müddətdir ki, çempionatda bu qədər azarkeşin qarşısında oynamırdıq. Meydanda əsl futbol gördük. Oyunçular çoxdandır birlikdə oynamamışdılar. Qərar verdim ki, onlar birlikdə olsun. İstər-istəməz yorğunluq olur. Matçdan əvvəl bir dəfə normal məşq etmişdik. Əks-hücumlara çıxsaq da, sonluq yaxşı alınmırdı. Toral Bayramov yorulmuşdu, ona görə narahat oldum. Çatışmazlıqlar var. Belə olanda futbolçuları ələ almaq mümkündür".



Təcrübəli mütəxəssis Konfrans Liqasının qrup mərhələsinin ilk turunda Bakıda qarşılaşacaqları İsveçrə "Bazel"i ilə oyun haqda da açıqlama verib:




"Bazel"lə görüşdə futbolçular daha yaxşı ola bilər. İndi meydança ağır idi. Bu, məni bir az narahat edir".




Baş məşqçi, iki qol vuran İbrahima Vadjini alqışlayıb:


"O, fərqli çempionatdan gəlib. Çox istəkli futbolçudur. Meydanda sonadək mübarizə aparır. Ona alqış düşür. "Neftçi"nin müdafiəsini təzyiqdə saxladı. Məşqlərdə çox istəklidir. Bəzi çatışmayan cəhətləri var. Ustalıq səviyyəsini daha da yaxşılaşdıracağına inanıram".



Digər xəbərlər