Türkiyə yığmasına ağır məğlubiyyət - Video

Türkiyə yığmasına ağır məğlubiyyət - Video
Futbol, Video
08 Sentyabr 2021 - 08:33
Futbol üzrə DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 6-cı tura start verilib.

Supersport.Az xəbər verir ki, ilk oyun günündə 5 qrup üzrə 13 qarşılaşma baş tutub.

A qrupunda yer alan Azərbaycan millisi Portuqaliyanı qəbul edib və 3 cavabsız qolla məğlub olub. Qrupun digər matçında Serbiya İrlandiyanın qonağı olub. Bu oyunda qalib müəyyənləşməyib. Lüksemburq seçməsi isə yoxlama görüşündə Qətərlə qarşılaşıb. Bu görüş də heç-heçə bitib.

Son dünya çempionu Fransa Finlandiyanı sınağa çəkib və inamlı qələbəyə sevinib. D qrupunda Bosniya və Herseqovina – Qazaxıstan oyunu da baş tutub. Dörd qolluq görüşdə qalib müəyyənləşməyib.

G qrupunda mübarizə aparan Türkiyə seçməsi Niderlandla üz-üzə gəlib. Yeddi qolun qeydə alındığı matç türklərin ağır məğlubiyyəti ilə bitib. Bu qrupda Norveç Cəbəllütariqlə, Monteneqro isə Latviya ilə qarşılaşıb. Norveçlilərin darmadağına sevindiyi gündə Monteneqroda qol qeydə alınmayıb.


DÇ-2022-nin seçmə mərhələsi
6-cı tur
7 sentyabr


A qrupu

Azərbaycan – Portuqaliya 0:3
Qol: B.Silva, 26. A.Silva, 31. D.Jota, 75.

İrlandiya – Serbiya 1:1
Qol: Milenkoviç, 87-öz qapısına – Milinkoviç-Saviç, 20.

Lüksemburq – Qətər 1:1
Qol: B.Sançes, 31 – Elamin, 43.

Portuqaliya – 13, Serbiya – 11, Lüksemburq – 6, İrlandiya – 2, Azərbaycan – 1

D qrupu

Bosniya və Herseqovina – Qazaxıstan 2:2
Qol: Pyaniç, 74-pen. Menalo, 86 – Kuat, 52. Zaynutdinov, 90+5.

Fransa – Finlandiya 2:0
Qol: Qrizmann, 25; 54.

Fransa – 12, Finlandiya – 5, Ukrayna – 5, Bosniya və Herseqovina – 3, Qazaxıstan – 3

F qrupu

Danimarka – İsrail 5:0
Qol: Poulsen, 28. Kyaer, 31. Skov Olsen, 41. Dileyni, 58. Kornelius, 90+1.

Avstriya – Şotlandiya 0:1
Qol: Daykes, 30-pen.

Farer adaları – Moldova 2:1
Qol: Olsen, 68. Vatnsdal, 72 – Milinkeanu, 84.

Danimarka – 18, Şotlandiya – 11, İsrail – 10, Avstriya – 7, Farer adaları – 4, Moldova – 1

G qrupu

Monteneqro – Latviya 0:0

Norveç – Cəbəllütariq 5:1
Qol: Torstvedt, 23. Haland, 27; 39; 90+1. Sorlot, 59 – Stixe, 43.

Niderland – Türkiyə 6:1
Qol: Klaassen, 1. Depay, 16; 38-pen; 54. Til, 80. Malen, 90 – C.Ünder, 90+2.

Niderland – 13, Norveç – 13, Türkiyə – 11, Monteneqro – 8, Latviya – 5, Cəbəllütariq – 0

H qrupu

Rusiya – Malta 2:0
Qol: Smolov, 10. Bakayev, 84.

Slovakiya – Kipr 3:0
Qol: Şçrans, 55. Kosçelnik, 78.

Xorvatiya – Sloveniya 3:0
Qol: Livaya, 33. Paşaliç, 66. Vlaşiç, 90+4.

Rusiya – 13, Xorvatiya – 13, Slovakiya – 9, Sloveniya – 7, Malta – 4, Kipr – 4

Digər xəbərlər