"Qarabağ"la oynamaq inkişaf etmək üçün fürsətdir" - Rəşad Sadıqov - Video

"Qarabağ"la oynamaq inkişaf etmək üçün fürsətdir" - Rəşad Sadıqov - Video
Futbol, Eksklüziv, Video
04 Sentyabr 2021 - 23:00
Supersport.Az "Qarabağ"a qarşı yoxlama oyununun ardından "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun şərhini videogörüntüyə alıb.


"Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edib yoxlama oyunu keçirdik. "Qarabağ"a qarşı oynamaq həmişə inkişaf etmək üçün bir fürsətdir. Rəqibin heyətində yüksək səviyyəli futbolçular var. Tam fərqli, sürətli oynayırlar. Ümumilikdə yaxşı oyun keçdi. Əsas məqsəd yaranan fasilədə oyun prakikasını yaxşılaşdırmaq və futbolçuları yükləmək idi. Futbolçulara ayrı-ayrılıqda 60, 70 və 80 dəqiqə oynamaq imkanı yaratdıq. Bir-iki günlük istirahətdən sonra çempionat oyunlarına hazırlaşacağıq".


Digər xəbərlər