Qurban Qurbanovu yeni hücumçular sevindirir: "Bazel"i daha dərindən öyrənməliyik" - Video

Qurban Qurbanovu yeni hücumçular sevindirir: "Bazel"i daha dərindən öyrənməliyik" - Video
Futbol, Eksklüziv, Video
04 Sentyabr 2021 - 22:53
Supersport.Az "Zirə"ylə yoxlama oyunundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb.


"Pis oyun alınmadı. Fasilədən maksimum faydalanmağa çalışırıq. Hər şeyi normal vəziyyətə gətirmək istəyirik. Fasilə bəzi futbolçuları idman formasından uzaqlaşdıra bilər. Buna görə yoxlama oyunu keçirdik. "Qarabağ" "Neftçi"ylə oyuna millinin matçlarından sonra daha ciddi hazırlaşacaq" deyən təcrübəli mütəxəssis milliyə uğurlar arzulayıb.

"Milli haqda hər hansı fikir bildirmək düzgün olmaz. Həmişə bir məqsəd var ki, yığma komandada var gücünü sərf etmək. Futbolçulara bunu tapşırırıq. Millimizin lüksemburqlularla oyunda qalib gəlməsini istərdik, məğlubiyyət oldu".

Q.Qurbanov yeni hücumçuların vəziyyətindən razıdır:

"Yoxlama matçında yeni transferlər normal oynadı. Ola bilər ki, uyğunlaşmağa bir az vaxt lazım olsun. Daha vacib olan - yeni hücumçuların çox istəkli, hərəkətli olmasıdır. Bu, məni çox sevindirir. İnşəAllah komandam üçün faydalı olacaqlar".  

"Qarabağ"ın baş məşqçisi Konfrans Liqasının qrupunun ilk turunda qarşılaşacaqları "Bazel"i dəyərləndirib:

"Bazel" çox kreativ komandadır, sürətli oyun nümayiş etdirir. Vaxt var, çalışırıq ki, rəqibi daha dərindən təhlil edək, öyrənək. Düşünürəm ki, azarkeşlərimiz üçün maraqlı oyun olacaq".

Digər xəbərlər