Azərbaycanın nəticəsi: 14 qızıl, 1 gümüş, 4 bürünc medal

Azərbaycanın nəticəsi: 14 qızıl, 1 gümüş, 4 bürünc medal
Digər
04 Sentyabr 2021 - 11:59
Azərbaycan təmsilçiləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çıxışlarını başa vurub.


Supersport.Az xəbər verir ki, bu gün mübarizəyə qoşulan Yelena Taranova və Kamran Zeynalov 50 metr məsafayə güllə atma növündə finala vəsiqə qazana bilməyib. Taranova 503 xalla 29-cu, Zeynalov isə 518 xalla 20-ci olub.
Qadın paraatlet Yulia Yanovskaya 400 metr məsafəyə qaçışda 57.18 saniyə ilə 5-ci yeri tutub. Eyni növdəki Lamiyə Vəliyeva məsafəni 55 saniyəyə qət edərək qızıl medal qazanıb və paralimpiya rekordunu qırıb. Digər paraatlet Orxan Aslanov uzunluğa tullanma növündə qızıl medal əldə edib. O, 7.36 metr nəticə göstərib.

Beləliklə, Tokio-2020 Yay Paralimpiya Oyunları Azərbaycan idmançıları üçün başa çatıb. Yarışda ölkənin 34 paralimpiyaçısı mübarizə aparıb.

Hesabında 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında hazırda 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, yarışa sentyabrın 5-də yekun vurulacaq.

Digər xəbərlər