Millimiz yenə uduzdu, Ronaldo komandasını xilas etdi

Millimiz yenə uduzdu, Ronaldo komandasını xilas etdi
Futbol
02 Sentyabr 2021 - 00:44
Futbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Supersport.Az xəbər verir ki, Canni de Byazinin baş məşqçisi olduğu komanda A qrupunun üçüncü turunda səfərdə Lüksemburqla qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda isə Portuqaliya evdə İrlandiyanı eyni hesabla məğlub edib.

Millimiz bunadək Portuqaliyaya 0:1, Serbiyaya 1:2 hesabı ilə uduzub.
DÇ-2022-nin seçmə mərhələsi



1 sentyabr

A qrupu

22:45. Lüksemburq – Azərbaycan - 2:1
Qollar: 
Pinto, 8 (1:0), Rodriqes, 28-pen. (2:0), Emin Mahmudov, 67 (2:1)
Baş hakim: İrfan Pelito (Bosniya və Herseqovina)
Lüksemburq. “Stad Lüksemburq”

22:45. Portuqaliya - İrlandiya - 2:1 
Qol: Eqan, 45 (0:1), Ronaldo, 89 (1:1), Ronaldo, 90+6 (2:1)
"Estadio Algarve"



































































1Portuqaliya431084+410
2Serbiya321075+27
3Lüksemburq32014406
4İrlandiya300336-30
5Azərbaycan300325-30






Digər xəbərlər