Ronaldo çox təsirləndi, müqavilə imzaladı

Ronaldo çox təsirləndi, müqavilə imzaladı
Futbol
31 Avqust 2021 - 13:51
"Mançester Yunayted" klubu yeni transferi Kriştiano Ronaldo ilə müqavilə imzalayıb.

Supersport.Az ingilis komandasının rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu ilə sonradan daha bir il uzadıla bilməsi şərti ilə 2 illik sözləşmə bağlanılıb.

Portuqaliyalı forvard "Mançester Yunayted"i hər zaman ürəyində xüsusi yerə sahib olan klub kimi dəyərləndirib:

"Ötən həftənin cümə günü transfer elan edildikdən sonra aldğım bütün mesajlar məni çox təsirləndirdi. "Old Trafford"da dolu tribunaların qarşısında oynamağı və azarkeşləri bir daha görməyi səbirsizliklə gözləyirəm. Milli komandaların beynəlxalq oyunlarından sonra kollektivə qoşulacağam. Ümid edirəm ki, çox uğurlu mövsüm keçirəcəyik".

Qeyd edək ki, Ronaldo İspaniya “Real”ından sonra İtaliya "Yuventus"unda çıxış edib.

Futbolçu bundan əvvəl 2003-2009-cu illərdə "Mançester Yunayted"in formasını geyinib.

Digər xəbərlər