Mahir Emreli: "Təmiz qolumun sayılmamasına təəccübləndim" - Video

Mahir Emreli: "Təmiz qolumun sayılmamasına təəccübləndim" - Video
Futbol, Eksklüziv, Video
31 Avqust 2021 - 09:53



Polşa çempionatının VI turunda Mahir Emrelinin çıxış etdiyi "Legiya" "Visla"nın qonağı olub. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda iki qol vuraraq komandasına qrupa daşıyan millimizin futbolçusu start heyətində yer almayıb. 46-cı dəqiqədə meydana çıxan Mahir 66-cı dəqiqədə qol vurub. Amma VAR-a baxan hakim qayda pozuntusu qeydə alaraq qolu saymayıb.


Supersport.Az-a açıqlamasında Mahir Emreli hakimin təmiz qolunu hesaba almamasına təəccübləndiyini bildirib. Matçın baş referisi Zbiqnev Dobrınin olub.

Qeyd edək ki, "Legiya" 4 oyundan sonra 6 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. "Visla" isə 6 matçdan 10 xalla 3-cü pilləni tutur.

Vüsal Şirəliyev, Varşava

 

Digər xəbərlər