Ramin Musayev: "Premyer Liqaya gələn yoxdur, nə edə bilərik?" - Video

Ramin Musayev: "Premyer Liqaya gələn yoxdur, nə edə bilərik?" - Video
Futbol, Eksklüziv, Video
02 Avqust 2021 - 08:09
Supersport.Az, Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə gələcəkdə premyer liqa klublarının sayının artırılıb-artırılmayacağıyla bağlı sual verib.


PFL rəhbəri, çempionatdakı komanda azlığının onları da narahat etdiyini bildirib:

"Hər dəfə bu sualı verirsiniz. Sponsor varsa, çağırın gəlsin. Bizim özümüzün də sponsorumuz yoxdur. Gərək, hamımız çəkiçi eyni yerə vuraq. Bu gün heç kim AFFA və PFL-i qınamasın. Gələn yoxdur, nə edə bilərik?"

Digər xəbərlər