"Azərbaycan millisi üçün əlimdən gələni edəcəyəm" - Filip Ozobiç - Video

"Azərbaycan millisi üçün əlimdən gələni edəcəyəm" - Filip Ozobiç - Video
Futbol, Eksklüziv, Video
01 Avqust 2021 - 17:11
Supersport.Az Azərbaycan milli komandasını seçən Xorvatiya futbolçusu Filip Ozobiçdən eksklüziv açıqlama alıb.


"Qarabağ"ın 30 yaşlı yarımmüdafiəçisi ölkəmizdə özünü vətənindəki kimi hiss etdiyini bildirib.

Xorvat futbolçu Azərbaycan millisi üçün əlindən gələni edəcəyinə söz verib.

"Mən yaxşı başa düşürəm ki, Xorvatiya yığmasında oynamaq şansım çox deyildi. Azərbaycanda özümü vətəndə, evdəki kimi əla hiss edirəm. Buna görə Azərbaycan milli komandasına kömək etməyə razılaşdım. Yığmamızın uğur üçün əlimdən gələni edəcəyəm".

Anar Cəfərsoy

Digər xəbərlər