"Sumqayıt"ın oyununa bilet qalmadı

"Sumqayıt"ın oyununa bilet qalmadı
Futbol
27 İyul 2021 - 09:19
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt"ın "Çukariçki" ilə cavab matçı üçün nəzərdə tutulan biletlərin hamısı satılıb.

Supersport.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma görüş üçün satışa nə qədər bilet çıxarıldığı açıqlanmayıb.

Qeyd edək ki, iyulun 29-da Sumqayıtda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun qolsuz bərabərliklə başa çatıb – 0:0.

Digər xəbərlər