"Neftçi" – "Olimpiakos" oyununa biletlər satışda

"Neftçi" – "Olimpiakos" oyununa biletlər satışda
Futbol
26 İyul 2021 - 16:34
Supersport.Az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Neftçi" – "Olimpiakos" oyununun biletləri bu gün satışa çıxarılıb. Qiyməti 5 (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 (3B) və 20 (3A) AZN təşkil edən biletləri 8-ci km stadionunun kassalarından əldə edə bilərsiniz. Kassalar saat 21:00-dək işləyəcək.

Xatırladaq ki, iyulun 28-i 8-ci km stadionunda keçiriləcək "Neftçi" – "Olimpiakos" oyunu saat 21:00-da başlanacaq.

Digər xəbərlər