"Qarabağ" qrupa düşmək, çempionluğu qaytarmaq gücündədir" - Mahir Emreli - Video

"Qarabağ" qrupa düşmək, çempionluğu qaytarmaq gücündədir" - Mahir Emreli - Video
Futbol, Eksklüziv, Video
21 İyul 2021 - 01:11
Supersport.Az-ın Avropa təmsilçisi Vüsal Şirəliyev, Çempionlar Liqasında yarışan Polşanın "Legiya" klubunun hücumçusu Mahir Emrelidən "Qarabağ" haqda eksklüziv açıqlama alıb.


Millimizin üzvü, keçmiş komandasının Konfrans Liqasında qrupa düşmək, ölkə çempionluğunu qaytarmaq gücündə olduğunu bildirib.

Forvard hesab edir ki, "Qarabağ" qitə turnirinin ikinci təsnifat mərhələsində "Aşdod"u mübarizədən kənarlaşdıracaq:

"Qarabağ"ın uğurları üçün 6 il çalışmışam. Doğma komandamı çox yaxşı tanıyıram. Proqnoz verməyi xoşlamasam da, "Qarabağ"ın Konfrans Liqasında uğurlu çıxış edəcəyinə, ötən mövsüm qaçırılan ölkə çempionluğunu yeni sezonda qaytaracağına inamım böyükdür. Keçmiş komandam qitə yarışında rəqibindən üstündür. Yeni mövsümə hazırlıq, motivasiya yüksəkdir. "Qarabağ"a, baş məşqçi Qurban Qurbanov, keçmiş komanda yoldaşlarıma uğurlar arzu edirəm".

Vüsal Şirəliyev, Varşava

Digər xəbərlər