“Qarabağ” rəqibini qabaqladı

“Qarabağ” rəqibini qabaqladı
Futbol
20 İyul 2021 - 12:36
Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Aşdod” matçından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub.

Sabah Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov “Azersun Arena”da 18:00-da mətbuat konfransı keçirəcək. Bundan yarım saat sonra komanda məşq edəcək.

“Aşdod”un baş məşqçisi Ran Ben Şimonun mətbuat konfransı 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Bunun ardından 20:00-da komandası hazırlıq keçəcək.

Məlumatı “Qarabağ”ın mətbuat xidməti yayıb.

 

 

Digər xəbərlər