"Zirə" Türkiyəyə getməkdən imtina etdi

"Zirə" Türkiyəyə getməkdən imtina etdi
Futbol
18 İyul 2021 - 10:47


"Zirə"nin Türkiyə toplanışı ləğv edilib.

Supersport.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb səfər öncəsi komandanın üzvlərindən birinin COVİD-19 test nümunəsinin cavabının pozitiv çıxmasıdır.

Baş məşqçi Rəşad Sadıqov komandanın qapalı şəraitdə uzaq məsafəyə səfər edəcəyini nəzərə alaraq, belə qərar verib. "Zirə" məşqlərini ölkə daxilində davam etdirəcək.


Digər xəbərlər