"Qarabağ"ın rəqibi zəiflədi

"Qarabağ"ın rəqibi zəiflədi
Futbol
18 İyul 2021 - 00:32
"Qarabağ"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aşdod" (İsrail) ciddi itkilərlə üzləşib.

Supersport.Az xarici mətbuata istinadən xəbər verir ki, İsrail təmsilçisinin 3 əsas futbolçusu zədələnib. Komandanın oyunçularından müdafiəçi Timoti Avani, hücumçu Fahad Bayo və hücumameylli yarımmüdafiəçi Məhəmməd Kanaan sıradan çıxıb. Futbolçuların iyulun 22-də Bakıda keçiriləcək görüşdə meydana çıxmaq şansı azdır.

Qeyd edək ki, iyulun 22-si Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Cavab matçı 1 həftə sonra - iyulun 29-u İsrailə olacaq.

Digər xəbərlər