"Qarabağ"dan bundesliqa klubuyla heç-heçə - Video

"Qarabağ"dan bundesliqa klubuyla heç-heçə - Video
Futbol, Video
15 İyul 2021 - 21:47
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün son yoxlama oyununda Almaniya bundesliqa təmsilçisi "Auqsburq"la qarşılaşıb.

Azərbaycan təmsilçisi əvvəlcə 2 qolla irəli çıxsa da, sonradan üstünlüyü qoruya bilməyib. "Qarabağ"dan qolları Patrik Andrade və Xayme Romero vurublar.


"Auqsburq" ötən mövsümü 13-cü pillədə tamamlayıb.

20:00  "Qarabağ" - "Auqsburq" 2-2 

“Qarabağ” Avstriyadakı ilk yoxlama matçında Bolqarıstanın SSKA (Sofiya) komandasını 1:0 hesabı ilə məğlub edib, ikinci ğörüşdə isə Rusiya “Arsenal”ına (Tula) uduzub – 0:1. Bakıda hazırlıq prosesi zamanındakı yoxlama oyunlarında isə Qurban Qurbanovun komandası "Keşlə" (7:0) və "Sumqayıt"a (3:1) qalib gəlib.

Digər xəbərlər