Bakı Olimpiya Stadionu İtaliya bayrağına büründü - Foto

Bakı Olimpiya Stadionu İtaliya bayrağına büründü - Foto
Futbol, Foto
12 İyul 2021 - 18:01
Ötən gecə Bakı Olimpiya Stadionu (BOS) İtaliyanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Supersport.Az xəbər verir ki, bu addım İtaliya yığmasının Avro-2020-nin qalibi olması münasibəti ilə atılıb.

Stadion çempion ölkənin şərəfinə yaşıl, ağ və qırmızı rənglərə boyanıb.

Qeyd edək ki, İtaliya "Uembli" stadionunda keçirilən matçda İngiltərə ilə əsas və əlavə vaxtda 1:1 hesablı heç-heçə etsə də, penaltilər seriyasında 3:2 hesabı ilə qalib gəlib.

Digər xəbərlər