Avro-2020-nin ən yaxşısı

Avro-2020-nin ən yaxşısı
Futbol
12 İyul 2021 - 09:00
İtaliya millisinin qapıçısı Canluici Donnarumma Avro-2020-nin ən yaxşı oyunçusu seçilib.

Supersport.Az UEFA-nın saytına istinadən xəbər verir ki, mükafatı 22 yaşlı qolkiperə UEFA prezidenti Aleksandr Çeferin təqdim edib.

Qeyd edək ki, Donnarumma Avro-2020-nin finalında İngiltərə ilə matçda (1:1, penaltilər seriyası - 3:2) penaltilər seriyasında 2 seyv edib.

Digər xəbərlər