"Qarabağ"a Portuqaliya klubundan futbolçu gəlir

"Qarabağ"a Portuqaliya klubundan futbolçu gəlir
Futbol
10 İyul 2021 - 15:37
"Qarabağ" Portuqaliyanın "Vitoriya" klubunun futbolçusu Abdul-Aziz Yakubunun keçidini rəsmiləşdirib.

Sportline.az "GHANAsoccernet.com" saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 23 yaşlı hücumçu ilə müqavilə bağlayıb.

Qanalı forvardla imzalanmış sözləşmənin müddəti 4 illikdir.

Qeyd edək ki, Abdul-Aziz Yakubu son mövsümü icarə əsasında Portuqaliyanın II liqasında çıxış edən "Eştoril"də oynayıb. O, 34 oyunda 15 qol vuraraq komandanın əsas çempionata vəsiqə qazanmasına yardımçı olub.

Digər xəbərlər