“Neftçi”nin baş məşqçisi sorğu-sual qarşısında

“Neftçi”nin baş məşqçisi sorğu-sual qarşısında
Futbol
09 İyul 2021 - 15:45
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 14-ü saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Dinamo” (Tbilisi) oyunu öncəsi "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Supersport.Az xəbər verir ki, tədbir iyulun 13-ü saat 20:30-dan etibarən 8-ci km stadionunda keçiriləcək. Konfransdan sonra, saat 21:00-da isə "Neftçi"nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 19:30-da rəqib komandanın mətbuat konfransı, 20:00-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Digər xəbərlər