"Barselona"nın sabiq futbolçusu "Sabah"da

"Barselona"nın sabiq futbolçusu "Sabah"da
Futbol
08 İyul 2021 - 13:11
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Supersport.Az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

İspaniyalı vinger Xuan Kamara bundan sonra Bakı klubunda oynayacaq. 27 yaşlı futbolçu Polşanın “Yagelloniya” klubundan bir illik icarəyə götürülüb.

Kamara karyerası ərzində İspaniyanın “Vilyarreal B” (2012-2014), “Barselona B” (2014-2016), “Barselona” (2015-2016), “Jirona” (2016/2017), “Reus Deportiu” (2017/2018), Polşanın “Medz Leqnitsa” (2018/2019), “Yagelloniya” (2019-2020), Rumıniyanın “Dinamo” (Buxarest, 2020) və “Universitatya Krayova” (2021) klublarında çıxış edib. Xuan 5 oyunda İspaniya U-17 millisinin də şərəfini qoruyub.

Yeni transfer “Sabah”da 17 nömrəli formada çıxış edəcək.

Digər xəbərlər