“Qarabağ”ın legioneri: “Yorulsaq da, bunun faydasını görəcəyik”

“Qarabağ”ın legioneri: “Yorulsaq da, bunun faydasını görəcəyik”
Futbol
06 İyul 2021 - 21:55
Supersport.Az-ın məlumatına görə, “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade klubumuzun saytına açıqlama verib.

Kabo-verdeli futbolçu Avstriyadakı hazırlıq prosesindən danışıb:

"Artıq üç gündür Avstriyadayıq. Məşqlərimiz əla gedir. Bəzən yorulsaq da, bilirik ki, bunun nəticəsini rəsmi oyunlarda görəcəyik. Düşərgədə ab-hava yüksəkdir. Məşqlərimiz gərgin və maraqlı keçir. Çalışırıq ki, komandadakı əla əhval-ruhiyyəni qoruyaq. Bu, yeni başlanğıcdır. Güclü komanda olmaq istəyirik. Premyer Liqa və UEFA Konfrans Liqasında uğurlu olmaq üçün bu, çox vacibdir".

Digər xəbərlər