Avro-2020: İtaliya finalda

Avro-2020: İtaliya finalda
Futbol
07 İyul 2021 - 01:40


AÇ-2020-nin yarımfinal mərhələsi başlanıb.


Supersport.Az xəbər verir ki, ilk oyun günündə İtaliya və İspaniya milli komandaları üz-üzə gəliblər. Londonda “Uembli” stadionunda keçiriləcək qarşılaşmaya saat 23:00-da start verilib.

Oyunun əsas və əlavə vaxtında qalib məlum olmayıb. Penaltilər seriyasında İtaliya İspaniyanı 4:2 hesablı məğlub edib.

Yarımfinalın digər görüşü sabah, Londonda keçiriləcək. İngiltərə yığması turnirin sürpriz komandalarından Danimarka millisi ilə qarşılaşacaq.

AÇ-2020, yarımfinal mərhələsi

6 iyul

23:00 İtaliya – İspaniya 1-1 (Penaltilər seriyası 4:2)

Qol: Federiko Kyeza 60 - Alvaro Morata 80

Baş hakim: Feliks Brix (Almaniya)

7 iyul

23:00 İngiltərə – Danimarka

Baş hakim: Danni Makkeli (Niderland)

Digər xəbərlər