AFFA-da əcnəbi rəhbərdən Azərbaycana böyük hörmətsizlik

AFFA-da əcnəbi rəhbərdən Azərbaycana böyük hörmətsizlik
Futbol, Eksklüziv
05 İyul 2021 - 23:55

AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik qanunsuz əməllər, özbaşınalıqla məşğuldur.


Supersport.Az-ın əldə etdiyi məlumata görə, avstriyalı futbol funksioneri Azərbaycana qarşı biabırçı addım atıb. Məsələ burasındadır ki, Fritz Stuchlik Premyer Liqa hakimlərindən qəribə tələb istəyib. Avstriyalı rəhbər, referilərə ingilis dilini bilməsinin vacibliyini deyib, bəzilərini imtahan edib. Sorğu-sualdan keçməyən hakimlər kənarlaşdırılıb.


Baş hakimlərdən Rəhim Həsənov, Səbuhi Bayramov, köməkçi referi Vüqar Bayramovun premyer liqa oyunlarını idarə etməsinə qadağa qoyulub.


Əslində avstriyalı futbol funksionerinin bu hərəkəti Azərbaycanın təhqir olunmasına cəhddir, dövlət dilimizi aşağılamaq, saymazlıqdır.


Bu addım həm ölkənin, həm də beynəlxalq qanunun pozulmasıdır.


Ştuxlikin özbaşınalığı, məntiqsiz fəaliyyəti bununla bitmir. Avstriyalı komitə sədri, hakim-inspektorların imtahanında maksimum nəticə göstərən AFFA-nın aparıcı mütəxəssisi Şahin Cəfərovu başa çatan Premyer Liqa oyunlarından kənarda qoymuşdu. Stuchlik 9 ay müddətində əsassız olaraq hakim-inspektor Cəfərovu matçlara təyin etməyib. Qanunsuzluq etməklə ad çıxaran avstriyalı funksioner, Ş.Cəfərovu oyunlardan kənarda qoymaqla mütəxəssisə külli miqdarda maddi ziyan vurub.


Fritz Ştuxlik icraçı vitse-prezident Elxan Məmmədovun kadrıdır. Məmmədov da Stuxlikin qanunsuz hərəkətlərinə hələ ki, göz yumur.


AFFA-da əcnəbi rəhbərin digər qanunsuz əməlləriylə bağlı araşdırmamızı davam etdirəcəyik.

Digər xəbərlər