“Qarabağ Azərbaycandır” yarışının qalibi “Qubadlı” oldu

“Qarabağ Azərbaycandır” yarışının qalibi “Qubadlı” oldu
Futbol
26 İyun 2021 - 15:07
Supersport.Az-ın məlumatına görə, “Qarabağ Azərbaycandır!” futbol turnirinin qalibi məlum olub.
Finalda “Qubadlı” və “Füzuli” komandaları qarşılaşıblar.


Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərova adına məktəb-lisey kompleksinin stadionunda keçirilən görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. “Qubadlı” komandası daha dəqiq zərbələrlə 5:3 hesabı ilə qalib gələrək çempion olub.

Üçüncü yer uğrunda oyunda “Ağdam” “Zəngilan”a 6:3 hesabı ilə qalib gəlib.

 

 

Digər xəbərlər